Tehranda “Azərbaycanın mədəni səngəri” bağlandı

Tehranda “Azərbaycanın mədəni səngəri” bağlandı

Tehranda yerləşən və mədəniyyət xadimlərinin “Azərbaycanın mədəni səngərlərindən biri” adlandırdığı “Əndişeye no” (Yeni fikir) nəşriyyat və kitab evi bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, müstəqil mövqeyi və Azərbaycan dili, mədəniyyətinə verdiyi əhəmiyyətə görə “Əndişeye no” nəşriyyat evi hökumətin imtiyaz və yardımlarından məhrum edilib.

Kitab nəşri və yayımı üçün subsidiya ala bilməyən mədəni mərkəz maddi imkansızlıq və zərərə görə fəaliyyətini dayandırmağa məcbur olub.

Qeyd edək ki, “Əndişeye no” 1991-ci ildə tanınmış azərbaycanlı alim və folklorşünas Məhəmməd Fərzanənin qardaşı Yusif Fərzanə tərəfindən təsis edilib.

“Əndişeye no” həm də Tehranda azərbaycanlı yazıçı, musiqiçi və mədəniyyət xadimlərinin toplantı mərkəzlərindən biri kimi ad çıxarmışdı.

Teqlər: