Noyabrın 30-u Tehran Ali Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzi və Tehran Müasir Əbrar Araşdırmalar Müəssisəsinin birgə təşkilatçılığı ilə “Qafqazın gəlşəcəyinə baxış” adlı konfrans keçiriləcək.
AzerTimes xəbər verir ki, “Ermənistanın Qafqazın gələcəyində rolu, beynəlxalq və bölgədəki güclərin regionun gələcəyinə təsiri” mövzusunda keçirilən konfransa Ermənistanın Tehrandaki səfiri Arsen Avakiyan xüsusi qonaq kimi dəvət edilib.
Konfransın çıxışçıları əsasən illərdir Azərbaycan və Türkiyə əleyhinə məqalələr dərc edən ekspertlərdən ibarətdir. Həmçinin, Əmin Movəhdian, Məcid Kərimi, Əhməd Kazımi, Şüeyb Bəhmən və Siyamək Kakai bu konfransın çıxışçılarındandır.
Tədbirin müasir Əbrar Araşdırmalar Müəssisəsində saat 14:00-da baş tutması gözlənilir.