Tehranda acınacaqlı durum: tibb işçisi çatışmır

Tehranda acınacaqlı durum: tibb işçisi çatışmır

Tehran şəhərində hər gün çox sayda yanğın, yol qəzaları, bina çökməsi hadisələrinin yaşanmasına baxmayaraq, paytaxtda təcili yardım işçisi və texnikası çatışmazlığı yaşanır.

AzerTimes xəbər verir ki, bunu Tehran Təcili Yardım Mərkəzinin rəhbəri İsmayıl Təvəkküli açıqlamasında deyib.

O, hazırda Tehran şəhəri üçün azı 1800 əlavə təcili yardım işçisinin lazım olduğu halda yalnız 300 nəfərin işə götürülməsi üçün vəsait ayrıldığını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Təcili Yardım Mərkəzinin keçmiş rəhbəri Yəhya Saleh Təbəri tibb işçisi və texnika çatışmazlığı səbəbindən Tehranda bir çox Təcili Yardım Mərkəzlərinin bağlandığını bildirmişdi.

Teqlər: