İranın paytaxtı Tehranda 5 bina uçub, xəsarət alanlar var.
AzerTimes xəbər verir ki, binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub.
Nəticədə ən azı dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb.
İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib.