İranın paytaxtı Tehran şəhərinin Şəriəti küçəsindəki 100 yaşlı ağac üzərinə qadın şəkli həkk olunduğu üçün kəsilib.
AzerTimes xəbər verir ki, bu barədə ətraf mühit fəalları məlumat yayıblar.
Məlumata görə, ağacın üzərində həkk olunan foto tanınmış rəssam və heykəltəraş Hüseyn Alinin əsəri olub.
Fəallar Hüseyn Alinin daha bir neçə ağac üzərində oxşar sənət əsərləri həkk etdiyi üçün o ağacların da kəsiləcəyini istisna etməyiblər.
Tehran bələdiyyəsi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.