Livanda üçüncü müharibə olmayacaq, amma birinci müharibə İran rejimi ilə başlayacaq. Biz Tehrana hücum edəcəyik.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail parlamentinin deputatı Nir Barakat “Foks Nyus”a müsahibəsində bildirib.
“İran rejimi İsraili xəritədən silmək istəyən islamçı bir rejimdir. Bizi xəritədən silmək istəyən biri ilə razılığa gəlmərik, çünki mənası yoxdur”, – Barakat qeyd edib.