Tehran Ukraynada Moskvaya birbaşa kömək edir

Tehran Ukraynada Moskvaya birbaşa kömək edir

Ukraynaya hərbi dəstək vermək üçün Moskva Tehranla əlaqələrindən istifadə etməyə davam edir. Belə ki, İran personalı Ukraynada mülki infrastruktura hücum etmək üçün birbaşa Rusiyaya kömək edir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb.

Ehtimal edilir ki, İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları operator və təlimçi kimi Rusiyanın PUA-lardan istifadəsini dəstəkləyir.

Analitiklər İranın gəmilərindən və dövlət təyyarələrindən istifadə edərək ən azı 18 uzaqmənzilli dronları qaçaqmalçılıq yolu ilə Rusiyaya keçirdiyini xatırladıb.

“Quardian” nəşri qeyd edir ki, bu tədarüklərə yerüstü zərbə imkanlarına malik olan və “Şahid-131” və “Şahid-136”-dan fərqli olaraq faydalı yükləri hədəfə çatdırmaq və bazaya qayıtmaq üçün nəzərdə tutulan 12 “Şahid-121” və “Şahid-129” dronları daxildir.

Ekspertlərin fikrincə, SEPAH-a bağlı İl-76 yük təyyarələri mütəmadi olaraq Rusiyaya uçur. Bu da Tehranın Moskvanı daim müxtəlif materiallarla təmin etdiyini göstərir.

Teqlər: