Aprelin 10-dan 11-ə keçən gecə saat 00:00-dan Tehran səması bütün uçuşlara bağlı elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-ın Qüds qüvvələrinə bağlı media orqanı məlumat yayıb.
Bunun raket sınağı ilə əlaqədar olduğu bildirilib.
“Bu İranın cavab əməliyyatları ilə bağlı İsraili çaşdırmaq üçün həyata keçirilən təlimə uyğundur”,- İranın “Aftabnyus”saytı yazıb.
Almaniyanın Lufthansa aviaşirkəti də Tehrana olan uçuşları bir günlüyünə təxirə saldığını açıqlayıb.