Bu gün yerli vaxtla səhər saat 06:00-dan saat 12:00-a kimi Tehran səmasında bütün uçuşlara qadağa qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, qadağa İsmayıl Haniyə ilə keçirilən vida mərasiminə görə tətbiq edilib.
İranın hava hücumundan müdafiə sistemləri hazır vəziyyətə gətirilib.
Hazırda İsmayıl Haniyənin meyiti Tehran Universitetinə gətirilib, vida mərasimi keçirilir.