Tehran Rusiya qazının Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif edib.
AzerTimes-ın məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci deyib.
“Rusiyaya budəfəki səfər zamanı Rusiya qazının İran vasitəsilə svop tədarükü müzakirə olunub. Son aylarda biz İran ərazisindən Türkmənistandan Azərbaycana svop qaz nəqlini həyata keçirməyə başlamışıq. Anoloji formada biz Rusiya qazının sonrakı ixracı üçün Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif etdik”, – deyə nazir bildirib.
Nazirin sözlərinə görə, mayeləşdirilmiş qazı ölkənin istənilən bölgəsinə ixrac etmək olar.