Tehran nüvə proqramı üzrə danışıqların İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinə gətirib çıxaracağına ümid edir.
AzerTimes-ın məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı İran Prezidenti İbrahim Raisi deyib.
İ.Raisi bildirib: “İran hesab edir ki, danışıqlar son nəticədə bütün sanksiyaların ləğv edilməsinə gətirib çıxaracaq faydalı alətdir. Nüvə silahına Tehranın müdafiə doktrinasında yer yoxdur”.
Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bildirmişdi ki, nüvə razılaşmasının tam bərpa edilməsi üzrə danışıqlar bir neçə həftə ərzində Vyanada bərpa olunacaq.