Tehran metrosunda iki sərnişin yaralanıb.
AzerTimes xəbər verir ki, hadisənin görüntülərini Teleqram kanalları yayıb.
Məlumata görə, Tehran metrosunun birinci xəttinin cənub stansiyasında yaşlı sərnişinin əlindəki dəmir dəyənək relslərin arasına düşüb. Hadisə nəticəsində qadın və kişi sərnişini elektrik cərəyanı vurub.
Bildirilib ki, qadına ambulator müalicə göstərilib, yaşlı kişi isə yanıq xəsarətləri ilə xəstəxanada müalicə alır.