İsrail İranın infrastrukturuna hücuma edərsə, Tehrandan qəti cavab alacaq.
AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
O, Təl-Əvivə ölkəsinin səbir və iradəsini sınamamağı tövsiyə edib:
“Heç bir şübhə və tələskənlik olmayacaq. Bunun ardınca qisas gələcək”.
Araqçı İranın Suriya və Livanı tək qoymayacağına da söz verib:
“Tehran düşmənlə mübarizədə müqavimət hərəkatına yardım etməyə davam edəcək”.