İranda kütləvi həbslərə görə sıxlığın yaranması cəzaçəkmə müəssisələrində səhiyyə, qidalanma, tibbi xidmətin səviyyəsinin aşağı düşməsinə səbəb olub.
AzerTimes xəbər verir ki, yaranan vəziyyət Tehranın Evin həbsxanasında müxtəlif yoluxucu xəstəliklərin yaranması ilə nəticələnib.
Sözügedən həbsxanada saxlanılan ərdəbilli fəal Tohid Əmirəmini ailəsi ilə telefon danışığında həbsxanada vəziyyətin ağır olduğunu bildirərək yolxucu xəstəliyə tutulduğunu təsdiqləyib. O, həmçinin, onlarla məhbusun ağır vəziyyətdə olmasına baxmayaraq, müalicə üçün şərait yaradılmadığını bildirib.