Tehran dayanmır: yenə Bakını hədələdi – Video

Tehran dayanmır: yenə Bakını hədələdi – Video

İran sanki Ermənistanın “ərazi bütövlüyünü” qorumaq üçün bütün məsuliyyəti öz üzərinə götürüb. Kimsə İrandan soruşmur ki, Ermənistanın ərazi bütövlüyünə haradan təhdid yaranır, niyə İran özünə əl qatıb, hansı səbəbdən hər gün Azərbaycanı hədələyir?

30 il Azərbaycan əraziləri işğalda qalanda bircə dəfə də olsun Ermənistanı təhdid etməyən SEPAH yenə də rəsmi Teleqram səhifəsində birbaşa Azərbaycanı hədəf alıb: Ermənistanın xəritəsini ortaya qoyur, onu “rəngləyir”, Azərbaycana “bu çərçivəyə girməməsi üçün” barmaq silkələyir.

SEPAH – guya “islam inqilabı keşikçiləri korpusudur”, ancaq bu silahlı təşkilatın nə islama, nə də müsəlmanlığa bir aidiyyəti var – eynilə İran kimi! Əks halda müsəlman Azərbaycanın hələ də 8 kəndinin Ermənistan tərəfindən işğalda qalmasından, Xankəndidəki separatçıların müsəlman Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə çalışmasından, məscidlərdə donuz saxlanılmasından, Qarabağda 165 məscidin, elə Ermənistanın özündə son onilliklərdə yüzlərlə məscidin yerləbir edilməsindən, mülki müsəlmanların qətlə yetirilməsindən, “şiə qardaşlarının” soyqırıma məruz qalmasından narahat olardı.

SEPAH bu gün Zəngəzur dəhlizi əleyhinə tvit və foto yayandan sonra ürəyi soyumayıb, bir müddət əvvəlki hədə dolu videosunu yenidən paylaşıb. Səbəb nədir?

Çünki Prezident İlham Əliyev ötən gün Talışa getdi, Ermənistanı götürdüyü öhdəliklərə əməl etməyə çağırdı, sülh üçün Azərbaycanın ərazi bütövlüyünü tanımağın mütləqliyini elan etdi!

Bu sözlər erməni siyasi-ictimai və media cameəsində ciddi dalğalanmalar yaratdığı bir məqamda İran rejimi özünü ortaya atıb, ardıcıl təhdidlər yağdırır, Ermənistana guya qahmar çıxır, əslində isə regionu qarışdırmaq istəyir, müharibəyə sövq edir.

Dünən Azərbaycan Prezidenti “Ermənista 29 min kv.km-da rahat yaşamaq istəyirsə…” şərtilə sülh sazişini gündəmə gətirdi – bu gün İran “29 min kv.km-ni” rəngləyib, “Sünik canımızın bir parçasıdır” sözləri ilə paylaşım edir!

Azərbaycan bütün region ölkələrinin öz sərhədləri daxilində rahat yaşaması üçün sülh çağırışı edib, başqa heç nə! İran niyə düşüb ortaya?

Azərbaycanın heç bir ölkənin, o cümlədən Ermənistanın torpağında gözü yoxdur – halbuki bütövlükdə Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycan yalnız qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhliz istəyir ki, buna da Ermənistan 2020-ci il 10 noyabr bəyanatında imza atıb, razılaşıb.

Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınan ərazisinin Ermənistanın işğalından qalan hissəsini – 8 kəndini tələb edir – başqa heç nə!

Yalnız və yalnız İranın təkidlərindən və israrlı tələblərindən sonra Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan vermir, öhdəliyindən imtina edir. Azərbaycan hər dəfə məsələnin ciddiliyini Ermənistana xatırladanda və imzasına hörmət etməyi tələb edəndə, İran Azərbaycana meydan oxuyur.

Dəhliz – əlbəttə ki, heç bir halda bir ölkənin ərazi bütövlüyünü pozmur. Rusiyanı Kalininqrad vilayəti ilə Litvadan keçən dəhliz birləşdirir. Litva Rusiyaya qarşı sanksiyalara qoşulub, Ukraynanı dəstəkləyir, Rusiya əleyhinə bütün proseslərdə yer alır, ancaq dəhlizi gündəmə gətirmir və ümumiyyətlə, dəhlizin bağlanması müzakirə belə edilmir. Əgər dəhliz hansısa ölkənin ərazisi bütövlüyünün pozulmasıdırsa, Litva niyə “ərazi bütövlüyü”nü bərpa etmir?

Əgər dəhliz ərazi bütövlüyünü pozmaqdırsa, İran niyə Laçın dəhlizinə qarşı etirazını bildirmir? Əksinə, həmin dəhlizdən istifadə edib, Xankəndidəki separatçılara silah-sursat, neft məhsulları daşıyır və mütəxəssislərini göndərir!

Və yaxud, İran öz ərazisindən keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən humanitar dəhlizin açılması ilə bağlı sənəd imzalayıb. Əgər dəhliz ərazi bütövlüyünü pozmaqdırsa, niyə İran öz ərazisindən Azərbaycana dəhliz təklif edir?

İran sadəcə Azərbaycanın Türkiyə ilə quru yolu ilə birləşməsinə qarşıdır və bunun Ermənistan vasitəsilə edilməsi istəmir – özünə heç bir aidiyyəti olmasa da.

Bu anti-islam, anti-müsəlman, şər ölkəsi müsəlmanlara, islama qarşı nəinki xristian ölkəsi, hətta şeytanla birləşməyə, yüzlərlə deyil, minlərlə, onminlərlə məscidi, Allah evini qurban verməyə, Allahın özünü belə satmağa hazırdır – təki Azərbaycan güclü olmasın, müsəlman dünyası birləşməsin!

Müsəlman dünyasının ortasında dağıdıcı qüvvə olaraq Fransanın təlimatı ilə yaradılan bu anti-islam dövlətinin islam ölkələri ilə də heç vaxt yaxşı münasibətləri olmayıb: hər zaman islam dünyasına təfriqə salan, onları parçalayan ölkə olaraq Fransa ilə birgə çalışıb.

Guya İsraili bəhanə edir! İran bircə dəfə də olsun, İsrailə qarşı əməli addım atmayıb, yalnız söz davasından başqa: ancaq İraqda qırğınlar törədib, bu ölkə ilə müharibə aparıb, Suriyada qətliamlarda müstəsna rol oynayıb, Əfqanıstanla sərhəddə vaxtaşırı toqquşmalar yaşanır və qətllər baş verir, Yəməndə husiləri dəstəkləyib, müsəlman qanı axıdır, Səudiyyə Ərəbistanını təhdid edir və s.

Yaratdığı bütün terror təşkilatlarının yerləşdiyi məkanlar ancaq müsəlman ölkələridir – hər yerdə də ancaq müsəlman qanı tökür.

İndi də məscidləri dağıdan, müsəlmanları qətlə yetirən Ermənistanın arxasında durub, Sünik bunun “canı olub”!

SEPAH-ın təkrar yaydığı bugünkü videonun sözlərinin tərcüməsinə diqqət edin:

İsrail gözləsin

Bu sözü bilsin

Bura İranda

Mehdi şırandı

Xaki İran

Şirlər şiridir

Kökü olan insanlar beşiyidi

Müharibədə tufandı

Yolundan çox azma

Əlinlə qəbrini qazma

Edir bizim İran

Bunu bilsin Azərbaycan

Bura xaki İrandır

gəncdir, milətdir, qüdrətdir…

İsrail niyə gözləsin! İsrail əbədi düşmən deyilmi? İran “sionist”ləri niyə məhv etmir? Nə vaxta qədər “sionistlərlə” sözdə qovğa edib, müsəlmanlara qənim kəsiləcək bu anti-islam, anti-müsəlman, terrorçu Tehran rejimi?

Teqlər: