Tehran Bakıya qarşı niyə aqressivləşib? – Ov başladı

Tehran Bakıya qarşı niyə aqressivləşib? – Ov başladı

Öz siyasi məqsədlərinə çatmaq üçün İran dünyanın bir çox regionunda (Yaxın Şərq, Cənubi Qafqaz, Latın Amerikası, Avropa və s.) kəşfiyyatın ənənəvi alətlərindən istifadə edir.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, İran kəşfiyyatı bunun üçün aşağıdakı addımları atır:

“1. Siyasi səhnənin təhlili, qiymətləndirilməsi və mümkün olan təsir alətlərin hazırlanması;

2. Dövlət qurumlarında agentura şəbəkənin hazırlanması. “Ələalma” (verbovka) və şantaj vasitəsilə mühüm vəzifələrdə olan insanların asılı vəziyyətə salınması;

3. Siyasi səhnədə təsir agentlərin maliyyələşdirilməsi və yetişdirilməsi. Sonra isə İranın maraqlarına uyğun olan məqamda o təsir agentlərdən istifadə olunması”.

Ekspert İranda kəşfiyyat fəaliyyəti ilə İnformasiya Nazirliyi – ETTELAAT (siyasi kəşfiyyat, təsir agentlərinin yetişdirilməsi), Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat İdarəsi (proksi qüvvələrin maliyyələşdirilməsi və silahlandırılması) və İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın (hərbi-siyasi kəşfiyyat, kompleksli fəaliyyət) məşğul olduğunu vurğulayıb:

“SEPAH İran ordusunun elit qüvvələridir və onun vəzifəsi İran suverenliyi, müstəqilliyinin qorunması, müxalif düşüncəli insanlara qarşı mübarizə və sabitliyini təmin edilməsidir. SEPAH 1979-cu ildə yaradılıb və de-yure İran ordusuna daxildir, amma de-fakto İran Ali rəhbərinin şəxsi sərəncamında olan qurumdur. SEPAH-a quru qoşunlar, HHQ, HDQ (+raket qüvvələri), “Bəsic” Müqavimət Qüvvələri (daxildə repsressiyalar maşınıdır) və “Qüds” xüsusi əməliyyat qüvvələri daxildir.

Hazırda SEPAH-a general Hüseyn Salami rəhbərlik edir. General Salami qatı anti-ABŞ və anti-İsrail mövqeyilə fərqlənir.

İranın ətrafında indi gedən prosesləri proqnozlaşdırmaq üçün 2021-ci ilə qayıtmağa ehtiyac var. Rusiyaya qarşı ilk radikal addımlardan biri Avropa ölkələrindən rus diplomatların qovulması idi və agentura şəbəkəsinə qarşı ovun başlanması, sonra sanksiyalar, davamlı təzyiq və bugünkü durum gözümüzün qabağındadır.

Eyni proses İrana qarşı başlayıb. Mahiyyət eynidir, üsullar fərqlidir. İran agenturasını yönləndirən və faktiki olara terrorla məşğul olan iranlıların heç də hamısı diplomat statusunda deyil. Misal üçün Suriyada, Livanda, Fələstində İranın proksi qüvvələrinin fəaliyyətini yönləndirən iranlıları necə qovasan ölkədən? Rusları qovmaq olurdu, onlar sivil ölkələrin ərazisində fəaliyyət göstərirdilər və diplomatik təsir rıçaqları işlək idi, İran agentlərinə isə bu rıçaqlar işləmir. Nə etməlidir Qərb, Bəşər Əsədə dioplmatik nota göndərməlidir? Təbii ki, yox. Bu insanlara qarşı hazırda İsrail xüsusi xidmət orqanları tərəfində ov elan olunub, onları səliqəli şəkildə zərəsizləşdirirlər. Bu fakt İranı son dərəcədə qəzəbləndirir və İran aqressivləşir – o cümlədən Azərbaycana qarşı”.

Ekspert həmçinin SEPAH-ın maliyyə qaynaqlarının da qurudulduğunu bildirib:

“ABŞ Dövlət Departamenti bu barədə məlumat verənlərə böyük məbləğdə pul mükafatı təyin edib. Bu, birmənalı olaraq İranın boynuna “ip”in keçirilməsinin başlanğıcıdır. İlk hədəf isə SEPAH-dır”.

Teqlər: