Qafqazda bir neçə həssas məsələ var, onlardan biri də Azərbaycan sərhədləri yaxınlığında sionist rejim elementlərinin olmasıdır.
AzerTimes xəbər verir ki, bunu İran ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri deyib.
O bildirib ki, “İran sionist ünsürlərin region ölkələrində mövcudluğuna dözməyəcək” və onlara qarşı çıxacaq:
“Digər bir məsələ regionda dövlət sərhədlərinin dəyişdirilməsinin qanunsuzluğudur. İran qonşu ölkələrin sərhədlərinə hörmətlə yanaşır və onların dəyişdirilməsinə imkan verməyəcək”.