Təhqiqatdan narazı qaldı, özünü yandırdı

Təhqiqatdan narazı qaldı, özünü yandırdı

Bu gün günorta saatlarında Nərimanov rayonu Polis İdarəsinin 17-ci polis bölməsinin qarşısında 1964-cü il təvəllüdlü Vahid Alı oğlu Nuriyev intihar məqsədi ilə özünü yandırıb.

AzerTimes xəbər verir ki, zərərçəkmiş ağır yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

V. Nuriyevin yaxınlarının verdiyi məlumata görə, adıçəkilən şəxs bir müddət öncə özünün döyülməsi ilə bağlı Nərimanov RPİ-nin 17-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Lakin zərərçəkmiş onun şikayətinə obyektiv baxılmadığını əsas gətirərək təkrarən polis və prokurorluq orqanlarına müraciət ünvanlayıb. Aparılan təhqiqatın nəticələrindən narazı qalan V. Nuriyev intihara əl atıb.

Qeyd edək ki, 5 saylı xəstəxanın yanıq şöbəsinin həkimləri cavab olaraq V. Nuriyevin hazırda reanimasiyada olduğunu təsdiqləyiblər:

“Xəstə hazırda reanimasiydadır. Bədəninin çox hissəsi yanıb. Vəziyyəti olduqca ağırdır. Həkimlər əllərindən gələni edirlər”.

Teqlər: