Təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olundu

Təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olundu

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb:

“Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri – R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər”.

Teqlər: