Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planının hazırlanması nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, ölkəmizdə bitki sağlamlığının daha da gücləndirilməsi üçün regionlarda bitki sağlamlığı sahəsində, xüsusilə virusoloji müayinələrin aparılması üçün müasir tələblərə cavab verən, maddi-texniki təchizatı güclü olan yeni laboratoriyaların yaradılması qarşıda duran əsas vəzifələrdəndir:
“Eyni zamanda xüsusi təhlükəli bitki xəstəliklərinin daşıyıcısı olan bitkilərin əkin-səpin materiallarının əl yükləri və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilməsini qadağan edən tələblər müəyyənləşdirilib.
Bütün bu tədbirlərin həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla birgə təhlükəli bitki xəstəlikləri üzrə Milli Monitorinq Planı hazırlanaraq icrasının təmin edilməsi nəzərdə tutulur. Eləcə də xəstəlik daşıyıcısı olan bitkilərin, əkin-səpin materiallarının virus, bakteriya və göbələklərə görə laborator müayinədən keçmədən əkilməsinin qadağan edilməsi, zərərli orqanizmlərlə sirayətlənmiş bitki və bitkiçilik məhsullarının zərərsizləşdirilməsi mexanizminin müəyyən edilməsi, zərərli orqanizmlərlə mübarizə üsullarından olan növbəli əkin sisteminin təşviq edilməsi, istifadə edilmiş kənd təsərrüfatı texnikalarının dezinfeksiya edilməsi tələbləri ilə bağlı işlər aparılacaqdır”.
Twitter:@cingizsafarli