Təhdid almışıq, mübarizə başlayır – Vuçiçdən çağırış

Təhdid almışıq, mübarizə başlayır – Vuçiçdən çağırış

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin milli maraqlarının təhlükə ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində yazıb.

“Son 48 saat ərzində Belqrada Serbiyanın milli maraqlarını birbaşa təhdid edən xəbər daxil olub. Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlar barədə məlumatlandıracağam. Həmişəkindən daha çətin olacaq. Mübarizə aparacağıq. Serbiya qalib gələcək”, – o bildirib.

Serbiya lideri təfərrüatı açıqlamayıb.

Teqlər: