Təəccüblüdür: Putin kimi təcrübəli marksist bunu bilmir?

Təəccüblüdür: Putin kimi təcrübəli marksist bunu bilmir?

Rusiya Prezidenti Vladimir Putinin rejimi Ukraynanın uğursuz işğalı fonunda “sonunun başlanğıcında”dır.

AzerTimes xəbər verir ki, bunu norveçli politoloq, Rusiya istiqaməti üzrə ekspert Even Norman deyib.

O, Rusiya iqtisadiyyatına mənfi təsir göstərə biləcək müxtəlif amillərə, o cümlədən sanksiyalara, işğaldan sonra şirkətlərin qaçmasına və digər ölkələrin Rusiya ixracatını qəbul etmək istəyinin azalmasına işarə edib:

“Putinin hakimiyyətdə olduğu 22 il ərzində iqtisadiyyatda çox az şey dəyişib. Və mən təəccüblənirəm ki, Putin kimi təcrübəli marksist sadəcə olaraq maddi amillərin vacib olduğunu başa düşmür”.

Onun sözlərinə görə, Putin rejiminin nə vaxt çökə biləcəyini və bunun nəticələrinin nə olacağını dəqiq proqnozlaşdırmaq çətindir:

“Onun rejimi Rusiyada mütəşəkkil liberal təfəkkürün kökünü kəsmək üçün ciddi iş görüb. Bu, ölkə üçün pisdir, Putin rejimi üçün yaxşıdır”.

Teqlər: