Xəbər - İlhamə İsabalayeva – Trend:
Tədrisin ənənəvi qaydada bərpası və hansı tarixdə başlaması ilə bağlı müxtəlif saytlarda əks olunan informasiyaların heç biri Təhsil nazirliyinə istinadən verilməyib.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimiaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün sosial şəbəkədəki səhifəsində yazıb:
“Bunlar sadəcə jurnalist versiyalarıdır. Gəlin, 22 yanvar tarixində cənab nazirin iştirakı ilə olacaq press brifinqi gözləyək”.