Xəbər - Çingiz Səfərli – Trend:
Builki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.
Eyni zamanda, 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.
Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.
Twitter: @cingizsafarli