Sabirabadda təcili yardım maşını ilə digər avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İmişli rayonuna məxsus təcili yardım maşını VAZ-21011 markalı avtomobillə toqquşub.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.