İkinci liqa klubu təcili tibbi yardım (TTY) maşınının stadiona gec gəlməsi səbəbindən cəzalandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 25-ci turun “Lerik”-“Kür-Araz” oyununa TTY avtomobilinin stadiona vaxtında gəlməməsi səbəbindən matç gec başladığına görə meydan sahibi 100 manat cərimə edilib.
Bu hal “Sheki City”-“Qusar” görüşündə də təkrarlandığı üçün Şəki təmsilçisi də 100 manat cərimələnib.
Qeyd edək ki, “Sheki City”-“Qusar” oyununda meydan sahibi matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə komanda daha 100 manat cərimələnib.