Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının növbəti dəfə Xankəndiyə silah daşıdığı üzə çıxıb.
AzerTimes xəbər verir ki, silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.
Videodan da aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların silah daşımasına yardım edirlər.