Təcili: Nazirlərin Vaşinqton görüşü təxirə salındı

Təcili: Nazirlərin Vaşinqton görüşü təxirə salındı

Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyunda Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.

Görüşün yeni tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – XİN sözçüsü sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı hələ açıqlama yaymayıb.

Teqlər: