İsrailin Livanla sərhəd ərazilərə hərbi texnika daşıdığına dair görüntülər paylaşılıb.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Qeyd edək ki, Livandan İsrailin Məcdəl-Şəms yaşayış məntəqəsindəki stadiona endirilən raket zərbəsi nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail hücuma görə Hizbullahın məsuliyyət daşıdığını bildirib.
Təl-Əvivin yaxın 48 saat ərzində Livana hücum edəcəyi haqda iddialar var.