Təcili: Braziliya sərhədə ordu yığdı, Venesuela isə… – Video

Təcili: Braziliya sərhədə ordu yığdı, Venesuela isə… – Video

Braziliya ordusunu Venesuela ilə sərhədə göndərib.

AzerTimes xəbər verir ki, bu barədə “Türkiyə qəzeti” məlumat dərc edib.

Məlumata görə, Braziliya Kəşfiyyat Xidməti Venesuela ordusunun Qayana Respublikasına qarşı hərbi əməliyyata başlayacağına dair kəşfiyyat məlumatı aldıqdan sonra sərhədə ordu toplayıb.

Qeyd edək ki, Venesuela və Qayana arasında münaqişələrin olduğu iddia edilən video sosial mediada sürətlə yayılıb. İddiaya görə, Venesuela qüvvələri Qayanaya daxil olub. Qayananın nəzarəti altında olan Essequibo bölgəsi mineral və təbii ehtiyatlarla zənginliyi ilə tanınır. Bu bölgə iki ölkə arasında mütəmadi olaraq mübahisələrə səbəb olur.

Teqlər: