Fevralın 14-də bir qrup təbrizli Türkiyə Cümhuriyyətinin Təbrizdəki konsulluğunda olub.
AzerTimes xəbər verir ki, təbrizlilər zəlzələdən zərər görənlərə yardım və Türkiyə ilə həmrəy olduqlarını bildirmək üçün konsuluğa gediblər.
Onlar zəlzələdən zərər çəkənlərə çatdırılması üçün 250 ədyal, istilik qurğuları və başqa zəruri malları Türkiyə konsulluğuna təhvil veriblər.