Hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Birliyinin üzvü Sina Yusifi haqda hökm çıxarılıb.
AzerTimes xəbər verir ki, o, 6 ay həbs cəzasına məhkum edilib. Həmçinin həbsdən sonra 2 il ölkədən çıxışına qadağa qoyulub.
Vəkilin özünün yaydığı məlumata görə, onun telefon, kompüter və bir sıra şəxsi əşyaları da müsadirə olunub.
“Vəkillik borcumu yerinə yetirdiyim və xalqın hüququnu müdafiə etdiyim üçün cəzalandırıldım”, – o deyib.
Qeyd edək ki, oktyabrın 14-də tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirdikdən 1 gün sonra həbs edilib. O oktyabrın 27-də girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.