Təbrizli reper elektron qandalla sərbəst buraxıldı

Təbrizli reper elektron qandalla sərbəst buraxıldı

Təbrizli reper və mədəni fəal Milad Cəlili (Elşən) bu gün elektron qandalla Təbriz həbsxanasından sərbəst buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli fəallar məlumat yayıb.

Bildirilib ki, təbrizli sənətçi cəzasının qalan hissəsini həbsxanadan kənarda, məhdud hərəkətlə keçirəcək.

Qeyd edək ki, təhlükəsizlik məmurları təbrizli sənətçini 28 noyabr 2023-cü ildə həbs ediblər. O, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək”də günahlandırılıb və 8 ay azadlıqdan məhrum edilib.

Teqlər: