Bir qrup təbrizli qadın Şərqi Azərbaycan əyalətinin Ətraf Mühit İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə sosial media kanallarında paylaşımlar edilib.
“Bəndləri sındırın, Urmu gölünü doldurun”, “Urmu gölü susuzdur” və başqa bu kimi şüarlar səsləndirən etirazçılar hakimiyyətdən gölün bərpası layihələrini yerinə yetirməyi tələb ediblər.