Təbrizli qadından dünya rekordu: 17 tonluq avtomobili dartdı

Xəbər - Elnur Bağışov – Trend:

Təbrizdə Giti Musəvi adlı qadın 17 tonluq yük maşınını 30 metr məsafəyə dartaraq yeni rekorda imza atıb.

AzerTimes-ın məlumatına görə, bu idman növü üzrə qadınlar arasında əvvəlki dünya rekordu 12 ton olub.

G.Musəvi bildirib ki, uzunmüddətli məşqlərdən sonra bu göstəriciyə nail olub:


“Mənim məqsədim onu göstərməkdir ki, insan hətta qadın olsa belə, iradəsi ilə hər bir işin öhdəsindən gələ bilər”, – deyə idmançı bildirib.

Teqlər: