Təbrizli mollanın qadınları itaətə çağırması etiraz doğurdu

Təbrizli mollanın qadınları itaətə çağırması etiraz doğurdu

Qadınlar həyat yoldaşlarının bütün dediklərinə tabe olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Təbrizin cümə imamı Məhəmmədəli Haşim cümə namazı çıxışında deyib.

“Qadının ən böyük sevinc və xoşbəxtliyi həyat yoldaşının ona baxmasıdır. Buna görə də qadın həyat yoldaşının dediklərinə tabe olmalı, o danışarkən səsini belə çıxarmamalıdır”, – cümə imamı deyib.

Təbrizli mollanın səsləndirdiyi fikirlər qadınların etirazlarına yol açıb, bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.

Teqlər: