Təbrizli həkim Hüseyn Qasımi ABŞ Ümumdünya İxtiralar və İnnovasiyalar Festivalında qızıl medala layiq görülüb.
AzerTimes xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.
Azərbaycanlı həkim tərkibində kök hüceyrə ifrazatları olan, yara və yanıqları örtən mumlu sprey ixtira etdiyinə görə qızıl medal qazanıb.