Şərqi Azərbaycan əyalətindən olan beynəlxalq voleybol hakimi Mehdi Nəvidi 2024-cü ilin avqustunda Fransanın Paris şəhərində baş tutacaq XVII Yay Paralimpiya Oyunlarının Voleybol Turnirində hakimlik edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Təbriz əncümən” məlumat yayıb.
O, bundan əvvəl də bir neçə beynəlxalq yarışlarda, o cümlədən Çin, Hollandiya və başqa ölkələrdə keçirilən beynəlxalq voleybol və handbol yarışlarına hakimlik edib.