Təbrizin “Oqab mehr” futbol komandasının gənc oyunçusu Əmir Xudayari Şahgölü yaxınlığında baş verən avtomobil qəzası nəticəsində həyatını itirib.
AzerTimes xəbər verir ki, bu barədə “Traktor” klubunun saytında məlumat yayılıb.
Xudayarı Təbrizin istedadlı futbolçusu sayılırdı. Onun yaxın gələcəkdə “Traktor” klubuna transferi nəzərdə tutulmuşdu.