Təbrizli alpinist Bozquş dağında faciəvi şəkildə öldü

Təbrizli alpinist Bozquş dağında faciəvi şəkildə öldü

Şərqi Azərbaycan əyalətinin Bozquş dağı zirvəsinə qalxan 45 yaşlı təbrizli alpinist Həmid Məhəmmədi hündürlükdən yıxılaraq həyatını itirib.

AzerTimes xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, hadisə mayın 31-i günortadan sonra Bozquş dağının 3300 metr hündürlüyündə baş verib.

Alpinistin meyiti başqa dağçılar vasitəsilə endirilərək, aidiyyatı üzrə qurumlara təhvil verilib.

Teqlər: