Sentyabrın 3-ü gecə saatlarında Təbrizin mərkəzində yerləşən yerüstü piyada keçidindən Azərbaycan, bəluc və ərəb xalqlarının birliyini əks etdirən plakat asılıb.
AzerTimes xəbər verir ki, bu barədə milli fəallar məlumat və video paylaşıblar.
Plakatda “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı yazılıb, Azərbaycan, ərəb və bəluc xalqlarının milli hüquqlarının əldə edilməsi üçün birgə mübarizə aparmalarının vacibliyi qeyd olunub.