Təbrizin cümə imamı Urmiya gölündən danışdı

Təbrizin cümə imamı Urmiya gölündən danışdı

İran Enerji Nazirliyi Urmiya gölü ilə bağlı problemin həlli üçün əsaslı tədbirlər görmür.

AzerTimes xəbər verir ki, Təbrizin cümə imamı Seyid Məhəmməd Əli Haşim deyib.

O, Urmiya gölünün qurumasının fəsadları barədə xəbərdarlıq edib:

“Bu sahədə yeni siyasətlər formalaşdırmalıyıq. Hər il su qıtlığının və enerji istehlakı böhranlarının daha da pisləşməsinə baxmayaraq, bu təhlükəni aradan qaldırmaq üçün effektiv həll variantını həyata keçirə bilməmişik”,- cümə imamı bildirib.

Əli Haşim rəsmiləri Urmiya gölü ətrafında baş verən ekoloji problemin həllinə çağırıb.

Qeyd edək ki, son vaxtlar Urmiya gölünün bərpa layihələrinin icra edilməməsinə görə etirazlar artıb.

Teqlər: