Təbrizin 107 yaşlı dəmir yolu vağzalı…

Təbrizin 107 yaşlı dəmir yolu vağzalı…

Bu gün Təbriz dəmir yolu vağzalının açılışının 107-ci ildönümüdür.

AzerTimes xəbər verir ki, dəmir yolu stansiyası 1916-cı ildə 149 km uzunluğunda Təbriz-Culfa yolunun istismarı ilə açılıb.

Əvvəlcə ruslar tərəfindən hərbi məqsədlər üçün istifadə edilən dəmir yolu 1920-ci ildə Qacar dövlətinə təhvil verilib. 1957-ci ildə isə dəmir yolunun 748 km uzunluğunda olan Təbriz-Tehran xəttinin açılışı olub.

Vağzaldan Təbriz-Razi xətti ilə Türkiyə və Avropaya, Təbriz-Culfa xətti ilə isə Naxçıvan Muxtar Respublikasına beynəlxalq yükdaşımalar həyata keçirilir.

Təbriz-Culfa dəmir yolu xətti İranda ilk və yeganə elektrik dəmir yolu xəttidir.

Fransız memar Fernan Poyonun əsəri olan Təbriz dəmir yolu vağzalı 1 may 2017-ci il tarixində 31703 nömrəsi ilə İranın milli abidələri siyahısında qeydə alınıb.

Teqlər: