Bu gün yerli vaxtla saat 08:58 (Bakı vaxtilə 09:28) radələrində Təbrizin yaxınlığında yerləşən Üskü şəhərində zəlzələ olub.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
3,9 bal gücündə olan zəlzələnin episentrinin yerin 5 kilometr dərinliyində qeydə alındığı bildirilir.
Yeraltı təkənların Təbriz və başqa bir neçə şəhərdə hiss olunduğu qeyd edilib.