Bu gün günortadan sonra Türkiyənin Təbrizdəki konsulluğu qarşısında hökumətin təşkil etdiyi etiraz aksiyası keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-a yaxın media məlumat yayıb.
Aksiyanın dini mərkəzlərin tələbələri tərəfindən planlaşdırıldığı iddia edilir.
“Qəzzanın bombalanması dərhal dayandırılmalı, İsrailə ərzaq və neft ixracı yolları bağlanmalıdır”, – çağırış posterlərində yazılıb.
Türkiyənin İsrailə qarşı sərt mövqe göstərməsinə baxmayaraq, belə bir aksiyanın planlaşdırılması sosial media istifadəçilərinin tənqidlərinə səbəb olub.
“Görünür, hədəf İsrail yox, Türkiyədir”, – şərhlərdə yazılıb.