Mayın 17-i səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsinin qarşısında tələbə və şagirlərin valideynləri etiraz aksiyası keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə narazı valideynlər sosial mediada məlumat və fotolar paylaşıblar.
Etirazçılar təhsil sahəsində olan çatışmazlıqlara, imtahanlarla bağlı Təhsil Nazirliyinin verdiyi yeni qərarlara etiraz ediblər.