Təbrizdə satıcılarla polis arasında qarşıdurma: yaralılar var

Təbrizdə satıcılarla polis arasında qarşıdurma: yaralılar var

Bu gün Təbrizdə səyyar satıcılarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma olub.

AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar.

Bildirilib ki, səyyar satıcılar onların mallarını müsadirə edən bələdiyyə məmurlarının özbaşınalığına etiraz ediblər.

Bələdiyyə işçilərinin çağırdığı polis qüvvələri satıcılara qarşı zor tətbiq edib.

Bir neçə satıcının yaralandığı, bir neçəsinin isə polis məntəqələrinə aparıldığı bildirilir.

Teqlər: