İrana rəğbət bəsləyən bəzi şəxs və qrupların neçə vaxtdan bəri ciddi-cəhdlə azyaşlı uşaqara “Salam, fərmandeh” mahnısı oxutduraraq İran təbliğatı aparmasının cavabı Cənubi Azərbaycanda verilib.
AzerTimes xəbər verir ki, Təbrizin məşhur “Traktor” futbol komandasının növbəti matçına yığışan minlərlə azarkeş Azərbaycan türkcəsində “Salam olsun, Azərbaycan” şərqisi oxuyublar.
“Bilsin satqın, vətən eşqin ürəklərdən ala bilməz” sözləri keçən həmin şərqini oxuyan minlərlə azarkeşin görüntüləndiyi videonu təqdim edirik.