Təbrizin bir çox bölgələrində günlərdir içməli su verilişi dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə təbrizli sosial media fəalları məlumat və fotolar yayıblar.
Məlumata görə, vətəndaşlar suya olan tələbatlarını tankerlər vasitəsilə təmin edirlər.
Xüsusilə, Abbasi, Bağmeşə, Rüşdiyyə, Yusifabad və Hac Haşım məhəllələrində problemin daha ciddi olduğu bildirilir.