Təbrizdə son iki həftə ərzində avtobus və taksilərdə gediş haqqı ikinci dəfə (50%) artıb.
AzerTimes xəbər verir ki, bu barədə Təbriz bələdiyyəsinin ictimai nəqliyyat bölməsinin başçısı Əbdülrəhim Qasidi açıqlama yayıb.
Bundan bir neçə gün öncə Təbrizin ictimai nəqliyyatında gediş haqlarının 40% artdığı barədə məlumat verilmişdi.
Şəhər Şurası məsələyə yenidən baxaraq, gediş haqlarının 50%-a qədər artırılmasını təklif etdikdən sonra qərarın icrası həyata keçirilib.